tinaymushdiyeva.bsky.social
@tinaymushdiyeva.bsky.social
57 followers 39 following 45 posts
Posts Media Videos Starter Packs
Həm də, TNnin postsovet solçuları arasında qəribə reputasiyası var, ya kinayəyə, ya ignora qoyurlar. Ok, Habermass ilə 68-lərin arası yaxşı deyildi, amma inanmıram məsələ bundan ibarət olsun. Bəlkə, qarşıdakı həftələrdə bunu müzakirə edə bilərik, mənə də maraqlıdır.))
Çox maraqlı təşəbbüs və söhbətdir. Az-lı və erməni sülh aktivistləri Bəhruz Səmədov case-i üzərindən sülh üçün birgə təşəbbüs imkanlarından danışırlar.

www.facebook.com/watch/live?r...
Redirecting...
www.facebook.com
Reposted
Tonight, it is time for Tommie Shelby's second lecture - he will speak about the role of solidarity and intellectuals in the struggle for liberation. We're looking forward to seeing you (again) at the HKW at 6pm!
criticaltheoryinberlin.de/en/benjamin_...
Tommie Shelby bu semestr Berlindədir və iyunun 18-i, 19-u və 20-sində aşağıdakı üç mühazirəni oxuyacaq. Biz postsovetlərin dərdlərinə də xeyli işıq salan çox maraqlı şeylər yazır. Özü də çox maraqlı adamdır. Buralardasınızsa, qaçırmayın.

criticaltheoryinberlin.de/en/benjamin_...
Political Ethics of the Oppressed: On Freedom, Solidarity, and Self-Respect - KTB
Philosopher and African American Studies scholar Tommie Shelby from Harvard University will hold the Benjamin Chair at the Centre for Social Critique in 2025. From June 18 to 20, 2025, Shelby will dev...
criticaltheoryinberlin.de
İntellektual ehtiyaclarınız varmı? Nə(lər)dən ibarətdir, sirr deyilsə? Onları ödəyə bilirsinizmi/necə ödəyirsiniz?
P.S. Post mırt xarakterli deyil, ciddi soruşuram.)))
¨Yadplanetliyə izah et¨ silsiləsindən:
gülməyin nə olduğunu bu haqda heç bir təsəvvürü olmayan birinə (tutaq ki, bizm məşhur yadplanetli) necə izah edərdiniz? Gülmək nədir, sizcə?))
Arada bir bizon ovuna (kəndin başındakı ərzaq dükanı, açıq olan saatlarını tutuzdura bilsəniz, təbii ki) çıxmalı olacağınızı da nəzərə almalısınız. O da olmasa, ətrafdakı meşələrdən cır alma filan tapmaq olur.))
Ümumilikdə isə, çox tövsiyə edirəm. Avqustda bir boş həftəniz varsa, qaçırmayın.
Sadəcə, proqram çox intensivdir, bir həftə boyu səhərdən axşama kimi məzmun axınına məruz qalırsan. Dağ kəndində təcriddə olacağınızı nəzərə almaq lazımdır. İnternet pisdir, hava çox istidir, kondisioner yoxdur. Yemək məsələsi də bir az dramatikdir (ya çox pisdir, ya da yoxdur 😁).
Bundan əlavə, bir həftə içində konfrans mövzusu ətrafında olan nə yenilik, təzəlikcə yazılmış/yazılmaqda olan məqalələr, kitablar və s. ilə bağlı nə məlumat varsa, hamısını yükləyib çıxırsan, daha bir il başın sakit olur.))
ALWS-in bu illik simpoziumları seçilmiş mövzular ətrafında, ümumiyyətlə akademik fəlsəfə cameəsində olan tanınmış və tanınmamış normal, daha az normal və çoxlu əcaib adamlarla tanış olub şəbəkələşmək üçün çox yaxşı platformadır.
Ahahaha, hə, düz ortasında, özü də.))
Dostlar, Avstriya Ludviq Vitqenştayn Cəmiyyətinin (ALWS) növbəti yay simpoziumunun elanını nəzərinizə çatdırım. Bu ilki mövzu: Feminist Fəlsəfə - Dil, Bilik, Siyasət (Feminist Philosophy — Language, Knowledge, and Politics).

www.alws.at/symposium/46...
46th International Wittgenstein Symposium 2025 – Austrian Ludwig Wittgenstein Society
www.alws.at
Dostlar, critical theory (ənənəsi) haqqında nə bilirsiniz/bilmirsiniz? Oxumaq istəyəcəyiniz hansısa xüsusi aspektləri, detalları var bəlkə?
Yazı hazırlayıram, ilişdiyiniz suallar, başa düşmədiyiniz məqamlar və s. varsa, bölüşün, nəzərə alım.
Yaşı çatan nəslin nümayəndələrinə sual: sovet vaxtı məktəblərdə, universitetlərdə Marksın (hansı) mətnlərini oxuyurdunuz? Müntəxəbatlar yox, birbaşa əsərləriini oxumağı nəzərdə tuturam. Hansı dildə oxunurdu adətən?
Gecə ilə jurnalistlər Ülviyyə Əli və Əhməd Məmmədlini tutublar. İkisi də dünən Tofiq Yaqublunun məhkəməsində çəkiliş edib.
Niyəsə mənə həmişə elə gəlirdi ki, İlham Əliyev hər nə olmasa da qafqazlıdır, rəqibini həbsxanada öldürən Putinin səviyyəsinə qədər düşməz hər halda. Tofiq Yaqubluya olan münasibət göstərir ki, deyəsən qafqazlı kodeksi filan gedir işinin dalınca.
Tofiq Yaqublunun növbəti məhkəmə prosesi sabah - 6 may saat 12:30-da Bakı Apelliyasiya Məhkəməsində keçiriləcək.
Çox ümid edirəm, hadisənin məsuliyyətini dərk edib Tofiq bəyi azad edəcəklər.
Aclığın 33-cü günüdür. Hazırda ailəsi Tofiq Yaqubludan xəbər ala bilmir. Həkimi yanına buraxılmır, zəng günü olmasına baxmayaraq hələ də zəng etməyib.
Tofiq Yaqublunun aclıq aksiyasının artıq 31-ci günüdür.
Kafkanın məşhur hekayəsində də deyildiyi kimi, ¨weil ich nicht die Speise finden konnte, die mir schmeckt".